“Vatford” olmasın, “Vest Bromviç” olsun

15:17 30-08-2017
“Vatford” olmasın, “Vest Bromviç” olsun

İngiltərənin “Vest Bromviç” klubu “Arsenal”dan Kieran Gibbsi heyətinə qatıb.
Sportmedia.az xəbər verir ki, futbolçu ilə 4 illik müqavilə imzalanıb.
27 yaşlı oyunçu yeni komandasında “3” nömrəli formanı geyinəcək.
İngiltərə mətbuatı transfer üçün “Arsenal”a 7.5 milyon avro ödəniləcəyini bildirir.
Qeyd edək ki, ötən gün müdafiəçi “Vatford”a keçməyə yaxın olsa da, son anda transfer baş tutmamışdı.


.
.
.
0.39893507957458