Hakan Balta “Antalyaspor” yolunda

18:00 30-08-2017
Hakan Balta “Antalyaspor” yolunda

Yeni mövsümdən əvvəl “Qalatasaray”ın heyətindən kənarlaşdırılan və özünə klub axtaran Hakan Balta “Antalyaspor”a keçməyə yaxındı.
Sportmedia.az xəbər verir ki, bu haqda qardaş ölkə mətbuatı məlumat yayıb.
Oyunçu Antalya təmsilçisinə keçməyə müsbət yanaşır.
Bildirilir ki, təcrübəli müdafiəçini heyətinə qatmaq istəyən “Antalyaspor” Balta ilə 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, futbolçunun “Cim Bom”la müqaviləsi mövsümün sonunda bitir.


.
.
.
0.32847809791565