"Sevindirici haldır ki, qol vurduq" - San Marino millisinin baş məşqçisi

01:15 05-09-2017
"Sevindirici haldır ki, qol vurduq" - San Marino millisinin baş məşqçisi

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimiz San Marinonu qəbul edib.
Sportmedia.az xəbər verir ki, oyun yığmamızın 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunsonrası mətbuat konfransında San Marinonun baş məşqçisi Pyerancello Manzarolli matçla bağlı fikirlərini səsləndirib:
“Qol vurmağımız sevindirici haldır. Nəzərə alın ki, San Marino kiçik ölkədir. Komandamız yenilənib, çoxu gənc futbolçulardır. Təbii ki, oyundan razı qala bilmərəm. Amma sevindirici haldır ki, qol vurduq. Bu isə nadir hallarda baş verir. San Marinoda qaydalar olduqca sərtdir. Legionerlərin milliləşdirilməsinə icazə verilmir. Heyətdə yer alanların hamısı yerli futbolçulardır. Azərbaycan futbol ənənələri olan ölkədir. “Qarabağ” Çempionlar Liqasının qrupuna düşməklə bunu bir daha isbatladı. Bu gün isə 5 qol vurdunuz. Sözsüz ki, bu görüşdə Azərbaycan millisi daha yaxşı təsir bağışladı”.


.
.
.
0.47208285331726