“Monako”dan UEFA-ya şikayət

19:55 05-09-2017
“Monako”dan UEFA-ya şikayət

Fransa 1-ci Liqasında mübarizə aparan “Monako”nun vitse-prezidenti Vadim Vasilyev PSJ-ni UEFA-ya şikayət edib.
Sportmedia.az xəbər verir ki, vitse-prezident PSJ-nin eyni transfer dönəmində tarixinin ən bahalı 2 transferini reallaşdırmasını düzgün hesab etmir.
“Monako” rəsmisi Paris təmsilçisinin bu transferləri necə reallaşdırdığını başa düşə bilmədiklərini deyib: “UEFA PSJ-yə bəzi suallar verməlidi. Maliyyə “feyr-pley”inin mövcud olduğu bir vaxtda necə olur ki, transferlərə bu qədər böyük məbləğlər xərclənilir. “Monako” olaraq PSJ-nin bu transferləri necə həyata keçirdiyini bilmirik”.
Vasilyev Kilian Mbappenin PSJ-yə keçidindən də danışıb: “Əvvəla, demək istəyirəm ki, Mbappeni PSJ-yə satıb onları gücləndirmək istəmirdik. Lakin bu keçidin dünyanın ən uğurlu transferlərindən biri olduğunu düşündük”.
UEFA-nın prezidenti Aleksandr Ceferin isə PSJ-nin rekord transferləri ilə bağlı verilən suala belə cavab verib: “Heç kim, heç bir klub qaydalardan üstün deyil. UEFA turnirlərin bütün iştirakçılarına qarşı bərabər şəkildə davranır. Maliyyə “feyr-pley”i çox uğurlu oldu və klubların ziyanları azaldı. Uzun müddətli iqtisadi rifah yaratdı”.
Xatırladaq ki, bu yay PSJ 180 milyon avroluq satın alma maddəsi ilə Kilian Mbappeni icarəyə götürüb. Neymarı isə 222 milyon avro qarşılığında transfer edib.


.
.
.
0.365797996521