“Milan”ın futbolçusu Türkiyə yolunda

23:38 05-09-2017
“Milan”ın futbolçusu Türkiyə yolunda

Türkiyə Super Liqasında mübarizə aparan “Trabzonspor” “Milan”ın şərəfini qoruyan Xose Sosa ilə razılığa gəlib.
Sportal.az xəbər verir ki, bu haqda “Gianluca Di Marzio” nəşri məlumat yayıb.
Bildirilir ki, oyunçu üçün Türkiyə təmsilçisi 6 milyon avro ödəyəcək. Futbolçuyla 3 illik müqavilə imzalanacaq. Həmçinin, Sosanın illik maaşının 5 milyon avro olacağı da qeyd edilir.
Sentyabrın 8-nə qədər yarımmüdafiəçinin İstanbula gəlib Qara dəniz təmsilçisi ilə müqavilə imzalayacağı gözlənilir.


.
.
.
0.33660793304443