“Real”ın sabiq ulduzu “Bolton” yolunda

15:02 06-09-2017
“Real”ın sabiq ulduzu “Bolton” yolunda

Karyerası ərzində “Arsenal”, “Real” (Madrid), “Roma” kimi klublarda oynayan Julio Baptista İngiltərə Çempionşipində mübarizə aparan “Bolton” ilə sınaq məşqlərinə çıxıb.
Sportmedia.az xəbər verir ki, 35 yaşlı braziliyalı oyunçu bəyənilərsə, müqavilə imzalanacaq.
“Bolton”un baş məşqçisi Fil Parkinson verdiyi açıqlamada Baptistanın U-23 komansaı ilə məşqə çıxdığını bildirib.
Xatırladaq ki, hücumameylli yarımmüdafiəçi son olaraq MLS-də “Orlando Siti”nin şərəfini qoruyub və hal-hazırda azad agentdir.


.
.
.
0.31347894668579