Türkiyə Super Liqasının oyunları Azərbaycanda yayımlanacaq

17:30 07-09-2017
Türkiyə Super Liqasının oyunları Azərbaycanda yayımlanacaq

“CBC Sport” kanalı Azərbaycanda bir ilkə imza atıb.
Sportmedia.az xəbər verir ki, artıq Türkiyə Super Liqasının oyunları “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Bu haqda televiziya kanalının rəhbəri Volkan Üst açıqlama verib. O, kanalın canlı efirində bildirib ki, bu həftədən etibarən Türkiyə Superliqasının görüşləri “CBC Sport” kanalı ilə nümayiş olunacaq:
“Böyük sevinc hissi ilə tamaşaçılarmıza, futbol ictimayyətinə, futbolu sevən hər kəsə bildirmək istəyirik ki, Türkiyə superliqasının oyunları tarixdə ilk dəfə Türkiyədən kənarda fəaliyyət göstərən və açıq yayımda olan kanal vasitəsi ilə yayımlanacaq. Bu ilkə “CBC Sport” imza atdı.
Azərbaycana gələn gündən bu çempionatın burada yayımlanmasına çalışdım. Və budur çoxsaylı danışıqlardan sonra “Saran Holding”, “Digi Türk” və AFFA-dan olan dostlarmızın köməyi ilə biz, nəhayət, bu bayramı sizə yaşada biləcəyik. “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş”, “Trabzonspor” kimi köklü klublarla yanaşı, Türkiyə superliqasında mübarizə aparan digər komandaların oyunlarını da təqdim edəcəyik. Həftədə 2 görüşü canlı yayımlayacağıq.
İşgüzar əlaqələrimdən yararlanıb, derbi qarşılaşmalara və mərkəzi matçlara şərhçilərmizi göndərməyə çalışacağıq. Azərbaycan çempionatında olduğu kimi, meydanın kənarında “CBC Sport”un studiyasının quraşdırılmasına cəhd göstərəcəyik.”


.
.
.
0.34671998023987