DÇ-2018-in seçmə mərhələsində hakim qalmaqalı

17:41 07-09-2017
DÇ-2018-in seçmə mərhələsində hakim qalmaqalı

Afrika qitəsi üzrə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində 2016-cı ilin noyabrın 12-də baş tutmuş CAR-Seneqal (2-1) matçı yenidən keçiriləcək.
Sportmedia.az xəbər verir ki, həmin qarşılaşmanın baş hakimi Josef Lamteyin oyun alqı-satqısında iştirak etdiyi sübut olunub.
Beləliklə, FİFA həmin oyunun yenidən keçirilməsinə qərar verib. CAR-Seneqal matçı noyabr ayında baş tutacaq.
Bildirilir ki, 42 yaşlı qanalı referi isə dünyanın ali futbol qurumu tərəfindən ömür boyu hakimlikdən kənarlaşdırılıb.


.
.
.
0.34583616256714