“Çelsi”nin “Qarabağ”ın azarkeşləri üçün göndərdiyi biletlərin hamısı satılıb

22:44 08-09-2017
“Çelsi”nin “Qarabağ”ın azarkeşləri üçün göndərdiyi biletlərin hamısı satılıb

Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda baş tutacaq “Çelsi” - “Qarabağ” matçının komandamızın azarkeşləri üçün Bakıya göndərilmiş biletlərin hamısı satılıb.
Sportmedia.az xəbər verir ki, bu haqda “Qarabağ”ın rəsmi “Facebook” səhifəsi məlumat yayıb.
Londonda bilet əldə etmək istəyən azarkeşlərimiz üçün isə bilet satışı sentyabrın 11-i həyata keçiriləcək.
Sentyabrın 11-i bilet alacaq azarkeşlərimizin bu nömrəylə əlaqə saxlamaları xahiş olunur: (+99455) 400-49-18
Biletlərin qiymətləri: “First class” - 75 £
Qeyd edək ki, Londonda klubumuzun forma, şarf və papaqlarının satışı da təşkil olunacaq.


.
.
.
0.31077408790588