"Qarabağ" Londona yollandı

20:33 10-09-2017
"Qarabağ" Londona yollandı

Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında “Qarabağ” səfərdə “Çelsi”nin qonağı olacaq.
Sportmedia.az xəbər verir ki,Ağdam təmsilçisi bu gün Bakı-London reysiylə İngiltərəyə yollanıb.
Qeyd edək ki, “Çelsi” – “Qarabağ” matçı sentyabrın 12-si, saat 22:45-də start götürəcək.
UEFA Gənclər Liqasında mübarizə aparacaq “köhlən atlar”ın U-19 komandası da əsas komandayla birgə səfərə yollanıb. Bu yarışda U-19 komandasının “Çelsi”ylə oyunu sentyabrın 12-si, Bakı vaxtıyla saat 16:05-də start götürəcək.


.
.
.
0.59358096122742