"Beşiktaş" hücumçu ilə güclənmək istəyir

18:36 12-09-2017
"Beşiktaş" hücumçu ilə güclənmək istəyir

Türkiyə Super Liqasında mübarizə aparan “Beşiktaş” hücum xəttini daha da gücləndirmək üçün çalışmalarını davam etdrir.
Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qara qartallar” ABŞ-ın “Orlando Siti” klubunun şərəfini qoruyan Kayl Larin ilə maraqlanır.
İstanbul təmsilçisinin qış transfer dönəmində 22 yaşlı futbolçu üçün danışıqlara başlayacağı bildirilir.
Kanadalı hücumçu ilə İngiltərənin “Lids Yunayted” klubu maraqlansa da, Larinin “Beşiktaş”a keçəcəyi gözlənilir.
Qeyd edək ki, Larin ABŞ liqasında keçən mövsüm 17 oyuna 8 qol vurub və 1 məhsuldar ötürmə edib.


.
.
.
0.30949902534485