"Bizim üçün yaxşı başlanğıc idi" - Antonio Konte

02:30 13-09-2017
"Bizim üçün yaxşı başlanğıc idi" - Antonio Konte

Bizim üçün yaxşı başlanğıc idi. Çempionlar Liqasındakı ilk oyunumuzda əla hesabla qələbə qazanmaq, çoxlu qol vurmaq və matçı qol buraxmadan bitirmək olduqca pozitiv bir startdır”.
Sportmedia.az xəbır verir ki, bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib.
Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda doğma meydanda “Qarabağ”la qarşılaşan “zadəganlar” 6:0 hesablı qələbə qazanıb.
İtaliyalı mütəxəssis matçdan sonra təşkil olunmuş mətbuat konfransında fikirlərini bölüşüb: “Oyunçularım matça əla konsentrasiya olmuşdular. Sona qədər eyni tempdə davam etdilər. Gənc futbolçular bilmədirlər ki, əgər onları Çempionlar Liqasında meydana buraxıramsa, deməli güvənirəm. İlk oyuna rotasiya ilə başladıq, bundan sonra da belə davam edəcək”. (apasport.az)


.
.
.
0.41706919670105