Rumıniya millisinin yeni çalışdırıcısı məlum olub

11:56 18-09-2017
Rumıniya millisinin yeni çalışdırıcısı məlum olub

Rumıniya millisinin yeni baş məşqçisi müəyyənləşib.
Sportmedia.az xəbər verir ki, bu posta Kosmin Kontra gətirilib.
41 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, yığmanın baş məşqçisi postunda almaniyalı Kristof Daumu əvəzləyib. Rumıniya yığması DÇ-2018-in seçmə mərhələsinin 8 oyununda 9 xal toplayıb mundial şansını itirəndən sonra 63 yaşlı almaniyalı çalışdırıcı istefaya göndərilib.
Qeyd edək ki, futbolçu kimi “Alaves”, “Milan”, “Vest Bromviç” və “Atletiko”da çıxış etmiş Kontra Rumıniya millisində 73 matç keçirib. 2011-ci ildə karyerasını bitirən rumıniyalı “Timişoara”, “Petrolul”, Buxarest “Dinamo”su, “Xetafe”, “Alkoron”, “Quançjou Fuli”nin baş məşqçisi olub.


.
.
.
0.36197686195374