“Real” rekorda şərik oldu

12:12 18-09-2017
“Real” rekorda şərik oldu


İspaniya La Liqasının 4-cü turu çərçivəsində “Real Sosyedad”a qarşı keçirilən matçda qələbə qazanan “Real” (Madrid) önəmli bir rekorda şərik olub.
Sportmedia.az xəbər verir ki, sözü gedən matçda 3:1 hesablı qalibiyyətə sevinən “kral klubu” ardıcıl olaraq 73 oyunda qol vuran dünyada ikinci komanda olub.
Bundan əvvəl isə həmin uğura 1963-cü ildə Pelenin də heyətdə olduğu Braziliyanın “Santos” klubu nail olmuşdu.
Qeyd edək ki, sentyabrın 20-də Madrid təmsilçisi “Real”a (Betis) qarşı keçirəcəyi oyunda qol vura bilsə, o zaman La Liqanın son çempionu rekordun yeganə sahibi olacaq.


.
.
.
0.35309410095215