“Fənərbaxça” derbiyə itki ilə çıxacaq

22:49 18-09-2017
“Fənərbaxça” derbiyə itki ilə çıxacaq

Türkiyə Super Liqasının 5-ci turu çərçivəsində “Alanyaspor”a qarşı matçın 32-ci dəqiqəsində zədələnərək Mehmet Ekici ilə əvəzlənən Nabil Dirar son durumu məlum olub.
Sportmedia.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, futbolçunun qasığında 1-ci dərəcəli yırtıq aşkarlanıb.
31 yaşlı vinqer növbəti turda “Beşiktaş”a qarşı keçiriləcək oyunu buraxacaq. Mərakeşli oyunçunun 7-ci tur çərçivəsində “Akhisarspor”a qarşı oynanılacaq matça qədər sağalacağı gözlənilir.


.
.
.
0.33837890625