“Barselona” “Borussiya”ya az pul ödəyəcək

11:10 19-09-2017
“Barselona” “Borussiya”ya az pul ödəyəcək

İspaniya La Liqasının 4-cü turu çərçivəsində “Xetafe”ylə oyunda zədələnən “Barselona”ın hücumçusu Usman Dembelenin 3-4 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Sportmedia.az xəbər verir ki, 2018-ci ildə yaşıl meydanlara qayıdacağı gözlənilən fransız oyunçu bu mövsüm 50-dən çox matçda iştirak edə bilməyəcək.
Almaniyanın “Bild” nəşri isə bildirir ki, “kataloniyalı”lar məhz bu səbəbdən gənc futbolçunun transferinə görə, “Borussiya”ya (Dortmund) 10 milyon avro az pul ödəyəcək.
Qeyd edək ki, “Barselona” Dembelenin transfer məsələsində “Borussiya” ilə 105+42 milyon avro qarşılığında razılığa gəlmişdi.
Xatırladaq ki, 20 yaşlı forvard keçən mövsüm Almaniya təmsilçisinin heyətində 49 oyuna 10 qol vurub və 21 məhsuldar ötürmə edib.


.
.
.
0.30338096618652