“Qalatasaray” əzəli rəqibinin ulduz futbolçusuna göz dikdi

20:32 20-09-2017
“Qalatasaray” əzəli rəqibinin ulduz futbolçusuna göz dikdi

Badou Ndiayeyə alternativ axtaran Türkiyənin “Qalatasaray” klubu istədiyini tapıb.
Sportmedia.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, “Cim Bom” “Fənərbaxça”nın şərəfini qoruyan Alpər Potukla maraqlanır.
“Qalatasaray” futbolçunun meneceri ilə görüşüb.
Bildirilir ki, “sarı-qırmızılılar” 26 yaşlı oyunçunu artıq gözdən düşən Səlçuk İnanın yerinə transfer etmək istəyir.
“Fənərbaxça” ilə mövsümün sonunda müqaviləsi bitəcək yarımmüdafiəçi üçün “Qalatasaray” 2.5 milyon avrosundan keçməyə hazırdı.


.
.
.
0.34592914581299