"Qarabağ"dan azarkeşlərə müraciət

23:59 25-09-2017
"Qarabağ"dan azarkeşlərə müraciət

Çempionlar Liqasının 2-ci turunda İtaliyanın “Roma” klubu ilə qarşılaşacaq “Qarabağ” azarkeşlərinə müraciət edib.
Sportmedia.az xəbər verir ki, Ağdam təmsilçisi rəsmi “facebook” səhifəsi vasitəsilə etdiyi müraciətdə bildirib:
“Azarkeşlərimizin diqqətinə!
Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"- "Roma" matçına bilet alan azarkeşlərimizdən xahiş olunur ki, qarşılaşmanın başlamasına 2 saat qalmış stadiona gələrək tribunada yerlərini tutsunlar”.
Xatırldaq ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-də saat 20:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.


.
.
.
0.50934195518494