“Barselona” istəmədi, lakin Zidan istəyir

11:42 26-09-2017
“Barselona” istəmədi, lakin Zidan istəyir

İspaniya La Liqasında mübarizə aparan “Real”ın (Madrid) baş məşqçisi Zinəddin Zidan Alvaro Morata və Hames Rodrigezin komandadan göndərilməsindən sonra hücum xəttində alternativi azalıb.
Sportmedia.az xəbər verir ki, təcrübəli mütəxəssis həmin boşluğu PSJ-nin ulduz futbolçusu Yulian Draksler ilə doldurmaq niyyətindədir.
Neymar və Mbappenin PSJ-yə gəlişindən sonra ehtiyatda qalan alman oyunçunu istəyən “kral klubu”nun çalışdırıcısı transferin yanvarda reallaşmasını istəyir.
Qeyd edək ki, yay transfer dönəmində Draksler “Barselona”ya keçmək istəsə də, “kataloniyalılar” 24 yaşlı futbolçunu rənglərinə bağlamaq istəməişdi.
Xatırladaq ki, bu mövsüm Paris təmsilçisinin forması ilə 6 oyuna çıxan vinqer 1 məhsuldar ötürmə edib.


.
.
.
0.34402179718018