UEFA-dan PSJ-yə şərt: 8 futbolçunu sat

12:07 26-09-2017
UEFA-dan PSJ-yə şərt: 8 futbolçunu sat

Neymarı 222 milyon avro qarşılığında heyətinə qatan PSJ-yə UEFA yayda şərt qoyub.
Sportmedia.az xəbər verir ki, bu haqda Fransa mətbuatı iddia edir.
“Real” (Madrid), “Bavariya”, “Yuventus” kimi klubların lobbiçilik fəaliyyətlərindən sonra Avropanın ali futbol qurumu hərəkətə keçib.
Belə ki, UEFA Paris təmsilçisindən 8 futbolçusunu satmağını tələb edib. PSJ 2018-2019 mövsümündə Avrokuboklardan kənarlaşdırılmamaq üçün 8 futbolçusu və onların menecerləri ilə danışıqlar aparmaq məcburiyyətində qalıb.
Bildirilir ki, klubun ümumi meneceri bu gəlişmələrdən sonra Di Maria, Xavyer Pastore, Blez Matyuidi, Lukas Moura, Yulian Draksler, Hatem Ben Arfa, Tiaqo Silva və Serj Oryenin menecerləri ilə əlaqə saxlayıb.
Transfer dönəmi son çatmadan bu futbolçuların arasında Orye “Tottenhem”ə, Matuidi isə “Yuventus”a transfer olmuşdu.


.
.
.
0.34058499336243