"Qarabağ"ın gəncləri "Roma"ya qarşı

12:55 27-09-2017
"Qarabağ"ın gəncləri "Roma"ya qarşı

Bu gün UEFA Gənclər Liqasındakı təmsilçimiz “Qarabağ” növbəti oyununa çıxacaq.
Sportmedia.az xəbər verir ki, Ağdamın U-19 komandası “Azərsun Arena”da İtaliyanın “Roma” klubunu qəbul edəcək.
İlk turda “Çelsi”yə qarşı 5:0 hesabı ilə məğlub olan “köhlən atlar” evdə turnirdəki ilk qələbəsini qazanmağa səy göstərəcək.
“Canavarlar” isə ilk turda doğma meydanda “Atletiko”ya (Madrid) 2:1 hesabı ilə məğlub olduqdan sonra ilk qalibiyyətini əldə etmək üçün mübarizə aparacaq.
Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı saat 14:00-da start götürəcək. Qarşılaşma "CBC Sport" telekanalıyla canlı yayımlanacaq.
UEFA Gənclər Liqası
27 sentyabr
C qrupu
Saat 14.00 “Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya)
Baş hakim: Horatiu Fesnic (Rumıniya)
Baş hakimin köməkçiləri: Alexandru Cerei (Rumıniya), Mihai Marica (Rumıniya)
Dördüncü hakim: İnqilab Məmmədov (Azərbaycan)
UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya)
Hakim inspektor: Haim Jakov (İsrail)
Azərsun Arena


.
.
.
0.30443286895752