Qurban Qurnabov İtaliya mətbuatına müsahibəsində: "Qarabağ Azərbaycan torpağıdır"

12:59 27-09-2017
Qurban Qurnabov İtaliya mətbuatına müsahibəsində: "Qarabağ Azərbaycan torpağıdır"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Roma” ilə bu gün keçiriləcək oyundan əvvəl İtaliya mətbuatına müsahibə verib.
Sportmedia.az həmin müsahibənin bəzi hissələrini təqdim edir:
- İşğal altında olan klub üçün Avropada oynamaq nə deməkdi?
- Bir azərbaycanlı olaraq mənim üçün bu barədə danışmaq çətindi. Bizdə bir milyondan çox qaçqın var və ərazimizin bəzi hissələri düşmənlər tərəfindən işğal edilib. Amma mən bu yaralı bölgənin klubunda fəxrlə, məsuliyyətlə işləyirəm. Həmişə öz vətənini, evlərini tərk edən insanları düşünürəm.
- Heç Ağdamda olmusuzmu?
- Əlbəttə, orada olmuşam. Amma indi bu barədə duyğularımı ifadə edə bilmərəm. Ora çox gözəl şəhər idi. Məni incidən odu ki, bu yerləri ziyarət edə bilmirik.
- Bəs nə üçün Quzanlıda oynamırsız?
- Biz əvvəllər orda oynamışıq. Ancaq təəssüf ki, orda futbol oynamaq üçün şərait yaxşı deyil. Elə buna görə də Bakıda oynamaq məcburiyyətindəyik.
- Çempionlar Liqasının qrup mərhələsi sizin üçün nə deməkdi?
- Avropanın ən nüfuzlu klub turniridi, ən yaxşı klublar, ən yaxşı oyunçular, ən yaxşı məşqçilər burdadı. Bu yarışda ölkəmizi və işğal olunmuş şəhərlərimiz təmsil etmək qürurvericidi.
- Qarabağın işğaldan azad olunması üçün hansı işlər görülür?
- Mən siyasətdən uzağam. Bir şeyi bilirəm ki, prezident İlham Əliyev işğal olunmuş torpaqları geri qaytarmaq üçün çox səy göstərir. Bəzi ölkələr də bundan narahatdı. Bu ərazilər Azərbaycana aiddi. Mən dünyada sülhün tərəfdarıyam.


.
.
.
0.41611099243164