Neymar: "Mbappe baş bəlasıdı"

11:09 29-09-2017
Neymar: "Mbappe baş bəlasıdı"

Fransa 1-ci Liqasında mübarizə aparan PSJ-nin ulduz futbolçusu Neymar komanda yoldaşı Kilian Mbappeni tərifləyib.
Sportal.az xəbər verir ki, braziliyalı oyunçu Mbappenin möhtəşəm futbol oynadığını bildirib:
“Mbappe hələ uşaqdı, lakin möhtəşəm futbolçudu. Elə oynayır ki, sanki 30 yaşlı oyunçudu, mükəmməl çıxış edir. Hər bir müdafiəçi üçün baş bəlasıdı”.
Fransalı gənc hücumçunun “Qızıl top”u qazanma ehtimalını dəyərləndirən Neymar: “Hal-hazırda “Qızıl top” mükafatına əsas namizədlərdən biridi. Bir gün mütləq bu mükafatı qazanacaq”.
Braziliyalı forvard Çempionlar Liqasını qazanmağı xəyal etdiklərini və möhtəşəm bir komanda olduqlarını vurğulayıb.


.
.
.
0.30536293983459