Futzal üzrə millimizin rəqibləri məlum oldu

22:45 29-09-2017
Futzal üzrə millimizin rəqibləri məlum oldu

Futzal üzrə Avropa çempionatının qrup mərhələsində Azərbaycan millisinin qarşılaşacağı rəqiblər müəyyənləşib.
Sportmedia.az xəbər verir ki, bu gün Sloveniyanın Lyublyana şəhərində keçirilmiş püşkatma nəticəsində millimizin Avropa çempionatında İspaniya və Fransa yığmaları ilə birgə D qrupunda mübarizə aparacağı bəlli olub.
Futzal üzrə Avropa çempionatının final mərhələsi 2018-cı il yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində keçiriləcək.


.
.
.
0.31636905670166