Rəşad Sadıqov: "Əslində bu gün elan edəcəkdim"

23:13 04-10-2017
Rəşad Sadıqov: "Əslində bu gün elan edəcəkdim"

Millimizin kapitanı Rəşad Sadıqov sabah yığmanın heyətində son oyununa çıxacaq.
Sportmedia.az xəbər verir ki, Sadıqov bu haqda öz fikirlərini bildirib:
"Bu haqda çox danışmaq olar. Fikrimin dağılmaması üçün bu haqda çox danışmaq istəmirəm. Əslində bu gün elan edəcəkdim. Sadəcə, əvvəldən açıqlandı, mən də təkzib etmədim. Təntənəli bir şeyin baş verməsini istəmirəm. Bu müddətdə nə dərəcədə yaxşı və ya pis oynadığımı azarkeşlər bilər. Gələcəkdə bu haqda danışmağa gələcəkdə vaxtımız olacaq. Milli mənim döyünən ürəyimdir. Hər şeyin bir sonu olur. İndi yalnız çexlərlə matça köklənmişəm. Asan qərar deyildi, bu haqda çox düşündüm və getməyi qərara aldım".
Qeyd edək ki, Azərbaycan-Çexiya matçı sabah Bakı Olimpiya Stadionunda saat 20:00-da start götürəcək.


.
.
.
0.46661400794983