Azərbaycan Kubokunda püşkatmanın vaxtı müəyyənləşdi

22:40 05-10-2017
Azərbaycan Kubokunda püşkatmanın vaxtı müəyyənləşdi

Azərbaycan Kubokunun 2017/2018-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşdi.
Sportmedia.az xəbər verir ki, 18 komandanın iştirak edəcəyi Azərbaycan Kubokunun püşkatması 6 oktyabr saat 13:00-da AFFA-nın inzibati binasında reallaşacaq.
Qeyd edək ki, turnirdə Azərbaycan Premyer Liqasından və I Diviziondan komandalar iştirak edəcək.


.
.
.
0.30747485160828