Aqolli 1 hissə oynadı, İspaniya mundiala vəsiqə qazandı - VİDEO

01:44 07-10-2017
Aqolli 1 hissə oynadı, İspaniya mundiala vəsiqə qazandı - VİDEO

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Albaniya millisinin heyətində növbəti oyununu keçirib.
Sportmedia.az xəbər verir ki, onun komandası Ç-2018-in seçmə mərhələsində səfərdə İspaniyanın qonağı olub. Görüş ispanların 3:0 hesablı qələbəsi ilə ilə başa çatıb. Aqolli fasilədən sonra meydana çıxıb.
Qeyd edək ki, bu nəticədən sonra İspaniya millisi mundiala vəsiqəni təmin edib, albanlar isə qrupdan çıxmaq şansını itirib.
İspaniya - Albaniya - 3:0
Qollar: Rodriqo, 19, İsko, 24, Tyaqo, 27 


.
.
.
0.31647896766663