DÇ-2018: Final mərhələsinin ilk səbəti bəlli oldu

14:10 11-10-2017
DÇ-2018: Final mərhələsinin ilk səbəti bəlli oldu

DÇ-2018-in final mərhələsinin püşkatması ilk səbətdə yer alacaq komandalar məlum olub.
Sportmedia.az xəbər verir ki, Rusiya yığması ev sahibi kimi ilk səbətdə yer almışdı.
Seçmə mərhələ oyunlarından sonra isə Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa və Almaniyanın da ilk səbətdə yer alacağı müəyyənləşib.
DÇ-2018-in final mərhələsinin püşkatma mərasimi dekabrın 1-də Kremldə baş tutacaq. Komandalar hər birində 4 komanda olmaqla, 8 qrupa bölünəcəklər.
Qeyd edək ki, dünya çempionatı 2018-ci il, iyunun 14-dən iyulun 15-nə qədər Rusiyada keçiriləcək.


.
.
.
1.0089468955994