"Araz" qələbə ilə başladı

23:55 12-10-2017
"Araz" qələbə ilə başladı

Bu gün futzal üzrə Azərbaycan çempionu "Araz” UEFA kubokunun əsas mərhələsində mübarizəyə start verib.
Sportmedia.az xəbər verir ki, “Araz”ın yer aldığı VIII qrupun oyunları Rumıniyada keçirilib. Joze Alessionun komandası ilk oyununu "Mostar"a qarşı keçirib və 5:2 hesabı ilə qələbə qazanıb.
Çempionumuz həmçinin, Rumıniyanın "Deva”, Maltanın "Sent Endryus” və Bosniya və Herseqovinanın "Mostar” klubları ilə mübarizə aparacaq.
Qeyd edək ki, yalnız qrup qalibi Elit raunda vəsiqə qazanacaq.
"Araz” növbəti oyunlarını 12 və 14 oktyabrda keçirəcək. Təmsilçimiz müvafiq olaraq "Sent Endryus” və "Deva” ilə üz-üzə gələcək.
UEFA kuboku, əsas mərhələ
VIII qrupu
I tur
11 oktyabr
17:30. "Araz” (Azərbaycan) - "Mostar” (Bosniya və Herseqovina) - 5:2
Qollar: Bolinya, 1 (1:0), Veşiç, 15 (1:1), Xətai Bağırov, 16 (2:1), Maykon da Silva, 20 (3:1), İsa Atayev, 21 (4:1), Maykon da Silva, 26 (5:1), Aladziç, 35 (5:2)


.
.
.
0.35444188117981