Arsen Venger: "Özilin qalacağına inanıram"

16:30 14-10-2017
Arsen Venger: "Özilin qalacağına inanıram"

İngiltərə Premyer Liqasında mübarizə aparan “Arsenal”ın baş məqşçisi Arsena Venger son bir ayda sadəcə 7 dəqiqə meydanda mübarizə aparan Məsul Özillə bağlı danışıb.
Sportmedia.az xəbər verir ki, təcrübəli çalışdırıcı türk əsilli futbolçunun dünyanın ən yaxşı oyunçularından biri olduğunu deyib:
“İnsanların düşüncələri var. Bəzən haqlı olular, bəzən olmular. Məsut kimi keyfiyyətli oyunçuya hər koomandanın ehtiyacı var. O, dünyanın ən yaxşı futbolçularından biridi”.
Məsutun olmadığı oyunlarda “Arsenal”ın 6 matçda 5 qələbə qazandığı və 1 heç-heçə etdiyini xatırladan fransız mütəxəssis insanların çox asnlıqla hökm verdiklərini vurğulayıb: “Keçən mövsüm son 11 oyunda 10 qələbə qazandıq. Bütün qarşılaşmalarda Özil oynadı. İngiltər Federasiya Kubokunun yarım-final mərhələsində “Mançester Siti”ni, final mərhələsndə isə “Çelsi”ni məğlub etdik və həmin oyunlarda Məsut var idi”.
Həmçinin yaşlı baş məşqçi yarımmüdafiəçinin “topçular”da qalacağına inandığını bildirib.
Xatırladaq ki, Məsut Özilin “Arsenal” ilə olan sözləşməsi mövsümün sonunda bitir.


.
.
.
0.31299901008606