"Qarabağ"ın ÇL-dəki iki rəqibi məğlub olub, "Atletiko" "Barselona" ilə heç-heçə edib

13:10 15-10-2017
"Qarabağ"ın ÇL-dəki iki rəqibi məğlub olub, "Atletiko" "Barselona" ilə heç-heçə edib

Ağdamın "Qarabağ" klubu ilə Çempionlar Liqasının "C" qrupunda yer alan klublar ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər.
Sportmedia.az xəbər verir ki, komandalardan ikisi məğlub olduğu halda, biri son məqamda qələbəni əldən verib.
"Qarabağ"ın ÇL-nin II turunda Bakıda məğlub olduğu İtaliya "Roma"sı evdə "Napoli"ni qəbul edib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə bitib.
Ağdam klubunun ilk turda böyük hesabla məğlub olduğu İngiltərə "Çelsi"si isə səfərdə "Kristal Pelas"ın öhdəsindən gələ bilməyib və 1:2 hesablı məğlubiyyətlə üzləşib.
Azərbaycan komandasının oktyabrın 18-də Bakıda qəbul edəcəyi "Atletiko" (Madrid) İspaniya La Liqasının ev oyununda "Barselona" üzərində 1:0-lıq qalibiyyətini 82-ci dəqiqədə əldən verib. Luis Suares rəqibin bərabərlik qolunu vurub.


.
.
.
0.29032897949219