Əliyar Ağayev Avropa Liqasının qrup matçında

13:20 16-10-2017
Əliyar Ağayev Avropa Liqasının qrup matçında

Azərbaycanlı hakim Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.
Sportmedia.az xəbər verir ki, Avropa Liqasının L qrupunun oktyabrın 19-da keçiriləcək “Vardar” (Makedoniya) – “Real Sosyedad” (İspaniya) oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək. Oyunun yan xətt hakimləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Görüşdə əlavə köməkçi hakimlər funksiyasını Rəhim Həsənov və Orxan Məmmədov yerinə yetirəcək. Dördüncü hakim qismində Mübariz Haşımov təmsil olunacaq.


.
.
.
0.34069299697876