Svilar Kasilyasın rekordunu qırdı

15:26 19-10-2017
Svilar Kasilyasın rekordunu qırdı

 “Mançester Yunayted”lə ev qarşılaşmasında (0:1) Çempionlar Liqasında ilk oyununu keçirən “Benfika”nın qapıçısı Mile Svilar rekorda imza atıb.
Sportmedia.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində debüt edən belçikalı qolkiper ÇL-də şans qazanan ən gənc qapıçı olub. O, 18 yaş 52 günlüyündə bu turnirdə debüt şərəfinə nail olub.
Svilar bununla, hal-hazırda “Portu”nun şərəfini qoruyan ispaniyalı qapıçı İker Kasilyasın rekordunu qırıb. Belə ki, Kasilyas 1999-cu ildə, 18 yaş 117 günlüyündə “Olimpiakos”la matçda ÇL-də ilk matçını keçirmişdi.


.
.
.
0.32203483581543