U-17 “Neftçi” komandasından növbəti qələbə

17:40 23-10-2017
U-17 “Neftçi” komandasından növbəti qələbə

"Neftçi” PFK-nın U-17 komandası ikinci dəfə ardıcıl qələbə qazanıb.
Sportmedia.az xəbər verir ki, komanda Bakcell U-17 Liqasının 7-ci turunda "Neftçi” İK İB-ni 3:2 hesabı ilə məğlub edib. "Neftçi”nin heyətində Nicat Musayev və Tural Məmmədli fərqləniblər. Bir dəfə isə avtoqol qeydə alınıb. U-17 ilə yanaşı, U-15, U-12, U-11, U-10 və U-9 “Neftçi” komandaları da son turda qalib gəliblər. U-14 “Neftçi” komandasının oyunu isə təxirə salınıb. Nəticələri təqdim edirik:
U-17 Liqası: "Neftçi” – "Neftçi” İK İB 3:2
Qollar: Nicat Musayev, Tural Məmmədli, avtoqol.
U-15 Liqası: "Neftçi” – "İnter” 1:0
Qol: Nəsir Ağalarov.
U-13 Liqası: "Vətən” – "Neftçi” 6:2
Qollar: Əli Məmmədov (2).
U-13 Qızlar Liqası: "Gömrükçü” – "Neftçi” 2:2
Qollar: Nurçin Tarverdizadə, Elvira Məmmədova.
U-12 Liqası: "İsgəndər Cavadov BFA” – "Neftçi” 0:3
Qollar: Cahangir Bayramlı, Səbuhi İmaməliyev, Yasin Çoban.
U-11 Liqası: "Amasiya” – "Neftçi” 1:12
Qollar: Lorenzo Mezzotero (4), Əli Aslanzadə (3), Rafael Hüseynov (2), Fərid Əhmədov, Amin Muradov, Rza Əlizadə.
U-10 Liqası: "Vətən” – "Neftçi” 1:6
Qollar: Lorenzo Mezzotero (3), Azər Məmmədzadə, Əbdüləziz Cabbarlı, Rəhim Tağıyev.
Sabahın ulduzları, U-9: "Neftçi” – "Azəri” 9:0
Qollar: Rüstəm Hüseynli (5), Yusif Yusifzadə, Ramin Əbiyev, Yusif Əliyev, Sərxan Əbilov.


.
.
.
0.36981010437012