AƏFM layihəsi Qusar rayonunda

20:00 24-10-2017
AƏFM layihəsi Qusar rayonunda

Açıq Əyləncəvi Futbol Məktəbləri layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Qusar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qusar rayonunda keçirilib.
Sportmedia.az xəbər verir ki, tədbirdə Millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, millət vəkilləri Azər Badamov və Sabir Hacıyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Əmirmətov və layihənin kordinatoru Kərim Ağayev iştirak edib. Uşaqlara müxtəlif idman ləvazimatları paylanıb. Tədbirin sonunda uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.


.
.
.
0.40851497650146