“Kəpəz” məşqləri bərpa etdi

20:56 24-10-2017
“Kəpəz” məşqləri bərpa etdi

Azərbaycan Premyer Liqasının X turunda “İnter” ilə oynayacaq “Kəpəz” qarşıdakı matçın hazırlıqlarına start verib.
Sportmedia.az xəbər verir ki, “Neftçi”yə qarşı oyundan sonra bərpaedici prosedurdan keçən “Kəpəz” komandasının üzvləri bir gün istirahət edərək bu gündən məşqlərə başlayıblar. Komanda “Dalğa Arena”nın süni örtüklü meydançasında hazırlıq keçir. “Sarı-göylər”in oktyabrın 25-i və 26-na olan çalışmaları da eyni məkanda saat 11:30-da olacaq.


.
.
.
0.57472991943359