"Çelsi" azarkeşlərinə 3664 bilet ayrılıb

13:30 28-10-2017
"Çelsi" azarkeşlərinə 3664 bilet ayrılıb

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Qarabağ" komandası ilə qarşılaşacaq İngiltərənin "Çelsi" komandasının azarkeşlərinə 3664 bilet ayrılıb.
Sportmedia.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, biletlər 2 - 10 noyabrda satışda olacaq. Qiymət isə 4,5 funt sterlinq (10 manat) müəyyənləşdirilib.
Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.


.
.
.
0.31370186805725