"Qarabağ" bu gün "Atletiko"yla matçın hazırlıqlarını tamamlayacaq

14:42 30-10-2017
"Qarabağ" bu gün "Atletiko"yla matçın hazırlıqlarını tamamlayacaq

“Qarabağ” bu gün Çempionlar Liqasının qrup mərhələsinin IV turunda qarşılaşacağı “Ateltiko”yla oyunun hazırlıqlarını başa vuracaq.
Sportmedia.az xəbər verir ki, “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov yerli vaxtla saat 18:30-da ( Bakı vaxtıyla 21:30) qarşılaşmanın keçiriləcəyi "Vanda Metropolitano" stadionun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Komanda saat 19:00-da ( Bakı vaxtıyla 22:00) oyunöncəsi son məşqini edəcək. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.


.
.
.
0.33451795578003