Qurban Qurbanov: "Sonadək mübarizə aparıb, yaxşı oyun göstərməyə çalışacağıq"

23:29 30-10-2017
Qurban Qurbanov: "Sonadək mübarizə aparıb, yaxşı oyun göstərməyə çalışacağıq"

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Atletiko”nun qonağı olacaq “Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oyunöncəsi mətbuat konfransı keçirilib.
Sportmedia.az xəbər verir ki, Agdam təmsilçisinin çalışdırıcısı qarşılaşma haqda fikirlərini bildirib:
"Çox güclü komandaya qarşı oynayacağıq. “Atletiko” öz gücünü bizə Bakıda göstərdi. Həddən artıq istəkli komandadı. Bizim üçün çox çətin olacaq. Sonadək mübarizə aparıb, yaxşı oyun göstərməyə çalışacağıq. Rəqib haqda nə isə fikir bildirməyə ehtiyac yoxdu. Bu cür komanda ilə belə stadionda oynamaq bizim üçün böyük təcrübədi".
Baş məşqçi ilə yanaşı, komandanın müdafiəçisi Ansi Aqolli də mətbuat konfransında iştirak edib:
“Bizi çətin oyun gözləyir. Bu barədə baş məşqçiylə tam razıyam. Bu komanda ilə Bakıdakı oyunumuz da çətin olmuşdu. Fikrimcə, burdakı qarşılaşma da bu cəhətdən fərqlənməyəcək. Əlimizdən gələni edəcəyik ki, burdan yaxşı nəticə ilə ayrılaq”


.
.
.
0.32868814468384