"Qarabağ" "Atletiko"nu məglub etdi

20:26 31-10-2017
"Qarabağ" "Atletiko"nu məglub etdi

Bu gün UEFA Gənclər Liqasında növbəti oyunlar keçirilib.
Sportmedia.az xəbər verir ki, “Qarabağ”ın U-19 komandası da bu gün növbəti matça çıxıb. Ağdam təmsilçisinin gəncləri Madriddə “Atletiko”dan olan həmyaşıdları ilə qarşılaşıblar.
Bu komandalar arasında keçirilmiş ilk görüş ispanların böyük hesablı qələbəsi ilə nəticələnnmişdi - 5:1. Ümumiyyətlə, “Qarabağ” qrupda bundan öncə keçirdiyi oyunlarda səfərdə “Çelsi”yə 0:5, evdə isə “Roma”ya məğlub olmuşdu - 0:3.
Lakin Madrid yaxınlığında yerləşən Majadahondada keçirilən bu matçda "köhlən atlar" nəhayət ki, uğursuz gedişata son qoyub. İlk yarının sonlarında Yaroslav Dedanın vurduğu qol təmsilçimizə səfərdə sensasion qələbə qazandırıb.


.
.
.
0.35906982421875