"Atletiko" - "Qarabağ": Start heyətlər 

23:18 31-10-2017
"Atletiko" - "Qarabağ": Start heyətlər 

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turuna start veriləcək.
Sportmedia.az xəbər verir ki, C qrupunda mübarizə aparan təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxacaq. Qurban Qurbanovun yetirmələri səfərdə “Atletiko”nun qonağı olacaq. Bakıda keçirilən qarşılaşmada rəqibi ilə heç-heçə edərək (0:0) turnirdə ilk xalını qazanan “Qarabağ” çətin Madrid səfərindən də ən azı bir xalla qayıtmağı hədəfləyir.
Lakin zədə və cəza səbəbindən bir neçə üzvünün xidmətindən istifadə edə bilməyəcək “köhlən atlar” üçün bu, çox çətin olacaq.
Cari mövsümdə cəmi bir dəfə məğlub olsa da, son matçlarda qələbəyə həsrət qalan “Atletiko”(Madrid) isə Ağdam klubuyla oyuna dönüş nöqtəsi kimi baxır.
Matç bu gün saat 23:45-də başlayacaq.
Çempionlar Liqası, qrup mərhələsi
31 oktyabr
C qrupu23:45 Atletiko (İspaniya) - Qarabağ (Azərbaycan)Baş hakim: Deniz Aytekin
Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker
Əlavə köməkçi hakimlər: Daniel Zibert, Benjamin Brand
Dördüncü hakim: Eduard Beytinger (hamısı Almaniya)
Madrid. “Vanda Metropolitano” stadionu
Atletiko: 13. Yan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis, 5. Tomas Partey, 7. Antuan Qrizmann, 8. Saul Niqes, 11. Anxel Korrea, 14. Qabi (k), 15. Stefan Saviç, 20. Xuanfran, 21. Kevin Qameyro
Ehtiyat oyunçular: 1. Migel Anxel Moya, 9. Fernando Torres, 12. Auqusto Fernandes, 16. Şime Vrsalko, 17. Lusiano Vietto, 19. Lukas Ernandes, 22. Nikolas Qaytan
Baş məşqçi: Dieqo Simeone
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerrye, 90. Ramil Şeydayev
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Baş məşqçi: Qurban Qurbanov


.
.
.
0.31867003440857