“Atletiko” - “Qarabağ” oyununun ən yaxşısı 

12:16 01-11-2017
“Atletiko” - “Qarabağ” oyununun ən yaxşısı 

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turu çərçivəsində İspaniyada keçirilən "Atletiko” - "Qarabağ” matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Sportmedia.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Miçel bu oyunun ən yaxşısı seçilib.
Qeyd edək kİ, Madriddəki “Vanda Metropolitano” stadionunda baş tutan bu görüş 1:1 hesabıyla sonlanıb. “Qarabağ”ın bu qarşılaşmadakı yeganə qolunu da məhz 32 yaşlı ispaniyalı futbolçu vurub.


.
.
.
0.35848903656006