"Çelsi" ilə matça qələbə üçün çıxacağıq" - Miçel

21:43 01-11-2017
"Çelsi" ilə matça qələbə üçün çıxacağıq" - Miçel

"Qarabağ"ın futbolçusu Dani Kintana Çempionlar Liqasında IV turun "Atletiko" ilə səfər oyunundan (1:1) sonra açıqlama verib.
Sportmedia.az xəbər verir ki, İspaniya mətbuatına danışan futbolçu qrupda növbəti oyun - "Çelsi" ilə Bakıdakı görüş hada da fikirlərini bildirib.
Miçel deyib ki, London klubu ilə oyuna qələbə üçün çıxacaqlar:
"Öz azarkeşlərimiz önündə çıxış edəcəyik. Bütün gücümüzü səfərbər etməliyik. "Çelsi" ilə oyuna qələbə üçün çıxacağıq. Çempionlar Liqasında yaxşı addımlayırıq. Pis başlanğıc etsək də, sonradan özümüzə gəldik. Son 3 oyunumuzda 10 nəfərlə oynamışıq. Bununla belə, yaxşı müdafiə olunaraq, davam gətirmişik".


.
.
.
0.29905009269714