Çempionlar Liqası: üç komanda 1/8 finaldadır

09:43 02-11-2017
Çempionlar Liqası: üç komanda 1/8 finaldadır

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turuna yekun vuruldu.
Sportmedia.az xəbər verir ki, qrup mərhələsinin yekunlaşmasına 2 tur qalmasına baxmayaraq, artıq 3 klub 1/8 finala vəsiqəni vaxtından öncə qazanıb. Belə ki, 4-cü turun ilk görüş günündə pley-offa yüksələn Fransanın PSJ klubunun ardından İngiltərənin “Tottenhem” və “Mançester Siti” komandaları da növbəti mərhələyə vəsiqə qazanıblar.
1/8 finalın qalan 13 iştirakçısının adı son iki turda aydınlaşacaq.


.
.
.
0.39867496490479