Azərbaycan üçün təhlükə - UEFA reytinqi

11:54 02-11-2017
Azərbaycan üçün təhlükə - UEFA reytinqi

Çempionlar Liqasının qrup mərhələsinin IV turu yekunlaşıb.
Sportmedia.az xəbər verir ki, dünən keçirilən 8 qarşılaşmadan sonra yeni UEFA reytinqi açıqlanıb.
Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. Ölkəmiz 19.125 xalla 22-cidi. Azərbaycandan 1 pillə irəlidə olan Rumıniyanın 19.850 xalı var.
Hazırda ən yaxın izləyicimiz İsveç isə 0,400 xal geridədi. Avropa Liqasında bu ölkənin komandası "Ostersun" bu gün meydana çıxacaq. Əgər skandinaviyalılar qələbə qazansa, Azərbaycan 1 pillə geriləyəcək.


.
.
.
0.33425211906433