“Heç kim bunu bizdən gözləmirdi” - Şehiç

12:30 02-11-2017
“Heç kim bunu bizdən gözləmirdi” - Şehiç

Çempionlar Liqasının qrupunda oynadığımıza hələ də inana bilmirəm”.
Sportmedia.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı İbrahim Şehiç deyib.
Ölkəsinin mətbuatına danışan bosniyalı qolkiper Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la keçirdikləri oyun (1:1) barədə fikirlərini bildirib.
Şehiç Ağdam klubunun növbəti dəfə hər kəsi təəccübləndirməyi bacardığını deyib: “Altetiko”(Madrid) kimi komandadan səfərdə də 1 xal qopardıq. Bunun yuxu, yoxsa gerçək olduğuna hələ inana bilmirəm. Sübut etdik ki, dünyanın istənilən komandasına qarşı mübarizə apara bilərik. Öz gücümüzə yaxşı bələdik. Bu klub uzun illər ərzində formalaşıb. Qrupdakı son 3 matçı yüksək səviyyədə keçirdik. Heç kim bunu bizdən gözləmirdi. “Roma”nın “Çelsi” ilə oyunlarda nə etdiyini görəndən sonra onlara 1:2 hesablı məğlubiyyətimiz də əla nəticə sayılmalıdı”.
Təcrübəli “çərçivə qoruyucusu” “Atletiko”nun hər bir futbolçusunu ayrı-ayrılıqda təhlil etdiklərini vurğulayıb: “Qrizmann və Torresin kim olduğunu yaxşı bilirdik. Qarşılaşmadan öncə rəqibin hər bir futbolçusunun oyununu ən kiçik detalına qədər araşdırmışdıq. Bu, “Atletiko”nu daha yaxşı tanımağımız üçün vacib idi. Komandamızda iki ekspert var, biri bolqar, digəri isə ispandı. Hər ikisi baş məşqçiyə kömək edir. Meydana yaxşı komanda olduğumuzu bilə-bilə çıxmışdıq. Bəzi müsbət məqamlar eyni anda baş verdi və yekunda yaxşı nəticə əldə etdik. İndi özümüzə daha çox inanırıq. Üçüncü yeri tutub, Avropa Liqasına vəsiqə qazanmaq üçün sona qədər mübarizə aparacağıq”.


.
.
.
0.31135082244873