Torres “Atletiko”dan ayrılmaq istəyir

13:21 02-11-2017
Torres “Atletiko”dan ayrılmaq istəyir

Çempionlar Liqasının (ÇL) qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Atletiko”nun (Madrid) hücumçusu Fernando Torres qış fasiləsində klubu tərk etməyi düşünür.
Sportmedia “Cadena Ser” radiosuna istinadən xəbər verir ki, 33 yaşlı futbolçu az oynamasına görə narazıdır. Qış fasiləsindən sonra İngiltərənin “Çelsi” klubundan transfer olunmuş Dieqo Kostanın da meydana çıxa biləcəyini göz önünə alan təcrübəli forvard alternativ variantları gözdən keçirir.
Madrid komandası ilə 2018-ci ilin iyununadək müqaviləsi olan hücumçunun xidmətində ABŞ və Çin klubları maraqlıdır.
Torres 2017/2018 mövsümündə La Liqa, İspaniya Kuboku və ÇL də daxil olmaqla ümumilkdə 10 oyunda iştirak etməsinə baxmayaraq, qol vura bilməyib.
Qeyd edək ki, “Atletiko”nun yetirməsi olan Fernando Torres karyerası ərzində İngiltərənin “Liverpul”, “Çelsi” və İtaliyanın “Milan” klublarının formasını geyinib. O, İspaniya yığmasının heyətində 110 matç keçirib və 38 qol vurub. "Qarabağ" qrup mərhələsində "Atletiko"ya qarşı keçirdiyi hər iki oyunda bərabərə qalıb. Bakıda 0:0, Madriddə isə 1:1 hesabı qeydə alınıb.


.
.
.
0.34225702285767