“Çox ədalətli insandı” - Jezniçak

15:56 02-11-2017
“Çox ədalətli insandı” - Jezniçak

"Qarabağ"ın polşalı futbolçusu Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib.
Sportmedia.az xəbər verir ki, futbolçu öz müsahibəsində Çempionlar Liqasındakı çıxışdan da danışıb:
“Hər hədəfimizə çatmaq möcüzə idi. Ötən mövsüm “Legiya” ilə də ÇL-in startında “Borussiya”ya 0:6 hesabı ilə məğlub olmuşduq. “Qarabağ”ın heyətində isə “Çelsi”yə qarşı bu məğlubiyyəti yaşadım. İndiki rəqiblərimiz daha güclüdü. “Çelsi” və “Roma”nı ötən mövsümün qrupunda “Borussiya” və “Real”la müqayisə etmək olar. Ancaq “Atletiko”(Madrid) “Sportinq”dən daha güclüdü. Bu klubu Dieqo Simeone kimi mütəxəssis çalışdırır. Bu komandalarla qarşılaşmaq bizim üçün xəyal idi. İndi əldə etdiyimiz xalları böyük uğur adlandırıram.
Rəqiblərə baxanda çətin olacağını düşünürdüm. Sürpriz etməyimiz möcüzə deyil. “Atletiko” ilə oyunlarda iki xal qazandıq. Səfər oyununda daha yaxşı mübarizə apardıq, topla çox oynadıq. Qrupda üçüncü yeri tuta biləcəyimizi düşünürük. Amma bunun üçün “Roma” və “Çelsi” ilə qarşılaşmalarda yaxşı təsir bağışlamalıyıq”.
Yezniçak “Legiya”nı tərk edib “Qarabağ”a keçməsindən də danışıb:
“Varşavada gözəl illər yaşadım. Bu mövsüm əldə etdiyim uğurları görəndə düşünürəm ki, hər şeyi düzgün etmişəm. Zamanında ayrılmışam. Bir çox insan da mənə bunu deyib. Azərbaycanda “Qarabağ” kimi bir səviyyəli kluba gəlmişəm. “Legiya” isə tək məndən ibarət deyil.
“Legiya”nın oyunlarını izləməyə vaxt olmur. Amma hər şeylə maraqlanıram. Keçmiş komandamın yenidən uğurlu çıxışına sevinirəm”.
Polşalı müdafiəçi “Qarabağ”la “Legiya” qarşılaşsa, qalib kim olar” sualına belə cavab verib:
“Məncə, “Qarabağ””.
Futbolçu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqda da fikirlərini bildirib:
“Məşqləri çox ciddi keçir. Demək olar ki, bizimlə deyib-gülmür. Çox ədalətli insandı”.
“Matçlardan sonra formanızı rəqib futbolçu ilə dəyişirsizmi” sualını müdafiəçi belə cavablandırıb:
“Bir dəfə də olsun, bunu etməmişəm. Çünki öz formalarımı yığıram, daha sonra onları xeyriyyə hərraclarına çıxarıram. Karyeramı bitirdikdən sonra muzey açmaq haqda düşünmürəm”.


.
.
.
0.39984893798828