Oyundan öncə qırmızı vərəqə

11:07 03-11-2017
Oyundan öncə qırmızı vərəqə

Avropa Liqasında qrup mərhələsinin 4-cü turu çərçivəsində keçirilmiş “Gimaraynş” (Portuqaliya) – “Olimpik” (Marsel, Fransa) qarşılaşmasından öncə xoşagəlməz hadisə baş verib.
Sportmedia.az xəbər verir ki, oyundan öncə komandalar isinmə hərəkətləri edərkən Marsel təmsilçisinin təcrübəli futbolçusu Patris Evra meydanın kənarında olan azarkeşə təpik atıb. Müdafiəçi bu hərəkətinə görə dərhal cəzalandırılıb. Görüşün baş hakimi Tamas Boqnar Patrisə qırmızı vərəqə göstərib.
Matça ehtiyat oyunçular skamyasından başlamalı olan futbolçu bu hərəkətinin ardından komandasını oyun başlamadan çətin vəziyyətdə qoyub. Belə ki, Fransa klubu oyuna 6 ehtiyat oyunçu ilə start verib.
2009-cu ildən yeni sistemlə keçirilən Avropa Liqasında ilk dəfə bir futbolçu oyundan əvvəl qırmızı vərəqə almaqla meydandan qovulub.
“Gimaraynş” - “Olimpik” oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.


.
.
.
0.35044407844543