Qurban Qurbanovla neçə illik müqavilə imzalandı?

13:33 03-11-2017
Qurban Qurbanovla neçə illik müqavilə imzalandı?

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.
Sportmedia.az xəbər verir ki, iclasda Qurban Qurbanovun bu ilin dekabr ayından, Robert Prosineçkinin yığma ilə müqavilə müddəti bitdikdən dərhal sonra millinin “sükanı arxasına” keçəcəyi açıqlanıb.
İclasdan sonra AFFA prezidenti Rövnəq Abdullayev və Qurban Qurbanov brifinq keçirib. Abdullayev Qurbanovun yığma ilə müqavilə müddətini açıqlayıb. O, əvvəlki illərdən fərqli olaraq, tsikllə yox, uzunmüddətli müqavilə bağlandığını bildirib. Belə ki, Qurbanovla 3 tsikli əhatə edəcək 6 illik (2024-cü ilə kimi) müqavilə bağlanacaq.
Qurbanov brifinq zamanı köməkçilərini hələ müəyyənləşdirmədiyini qeyd edib.


.
.
.
0.3197340965271